.jpg)
Kafedra Müdiri
Logistika və nəqliyyat texnologiyaları kafedrası BMU Universitetinin rektorunun 04.10.2021-ci il tarixli №3272 əmri ilə yaradılmışdır (əsas: BMU-nun EŞ-nın 28.09.2021-ci il tarixli iclasının Qərarı). Kafedra 2024-cü ildən Logistika və nəqliyyat kafedrası kimi adlandırlmışdır. 2025-2026-cı tədris ilində kafedrada tədris yükü 7122 saat-dır. Kafedrada hazırda 14 müəllim, 1 laborant fəaliyyət göstərir. Kafedranın müəllimlərindən 8 nəfər ştat işçi, 5 nəfər kənardan dəvət olunan yarım ştat, 1 nəfər saat hesabı qaydada işləyir. Müəllim heyətindən 4 nəfər t.ü.f.d., dosent vəzifəsində, 1 nəfər t.ü.f.d., baş müəllim, 6 nəfər baş müəllim, 3 nəfər müəllim kimi çalışır. Kafedrada bakalavr pilləsində 385, magistratura pilləsində 14 tələbə təhsil alır, bir nəfər aspirantura səviyyəsində təhsilini qiyabi davam etdirir.