“İkili diplom proqramının üstünlüklərini saymaqla bitməz”. Bu fikirləri Bakı Mühəndislik Universiteti (BMU) və Cənubi Koreyanın İNHA Universitetinin birgə icra etdiyi ikili diplom proqramının tələbəsi Ruqiyyə Bağbanlı bildirib.
Proqramın 2020/2021-ci tədris ili qəbulu üzrə Elektrik mühəndisliyi ixtisasının II kurs tələbəsi öz təəssüratlarını bölüşərkən ən böyük üstünlüklərdən birinin 4 ilə 2 universitetin diplomunu əldə etmək olduğunu xüsusi vurğulayıb.
Proqramla bağlı daha geniş informasiyanı http://ddp.beu.edu.az/az/page/haqqimizda-257/ linkinə daxil olaraq əldə etmək mümkündür.
Proqramla əlaqədar digər tələbələrin təəssüratlarını http://ddp.beu.edu.az/az/page/telebelerimizin-idp-barede-teessuratlari-328/ linkindən izləmək olar.