Laboratoriya bp tərəfindən xüsusi olaraq alınmış və universitetdə quraşdırılmış 30 ədəd müasir, innovativ İKT avadanlığı və proqram təminatı ilə təchiz edilib.

                                           Burada 1000-ə yaxın müəllim və tələbənin İKT sahəsində öz bilik və bacarıqlarını təkmilləşdirmək, təhlükəsiz, səmərəli informasiya sistemləri yaratmaq və saxlamaq imkanına malikdir.

                                           Laboratoriya kompüter mühəndisliyi, kompüter elmləri və kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi sahələrində ixtisaslaşan tələbələr üçün nəzərdə tutulub.