BMU-nun Gənc Mühasiblər Klubunun əsas məqsədi tələbələrin mühasibatlıq sahəsində nəzəri biliklərini praktiki təcrübə ilə birləşdirərək onları gələcək peşəkar həyatlarına hazırlamaqdır.
Klub mütəmadi olaraq mühasibatlıq, maliyyə hesabatları, vergi, audit və digər müvafiq sahələrdə təlimlər və seminarlar təşkil edir. Bu tədbirlərdə mütəxəssislər və sahə üzrə təcrübəli mühasiblər tələbələrə bilik və təcrübələrini paylaşır. Klub universitetdə mühasibatlıq və maliyyə sahəsinə maraq göstərən bütün tələbələri öz sıralarına dəvət edir.
Kluba üzv olmaq tələbələrə müxtəlif təlimlərdə iştirak etmək, təcrübə qazandıran layihələrdə işləmək, peşəkar mütəxəssislərlə tanış olmaq və karyera imkanları yaratmaq imkanı verir.