
Kafedra Müdiri
Hazırda kafedrada 4 bakalavr, 3 magistratura, 4 MBA və 1 doktorantura ixtisasları üzrə 731 nəfər tələbə təhsil alır. Tədris bakalavr ixtisaslarında həm Azərbaycan, həm də ingilis dilində aparılır. Kafedrada 22 nəfər professor-müəllim və 1 nəfər texniki-köməkçi heyət olmaqla, 23 əməkdaş çalışır. Kafedranın pedaqoji heyətinə öz sahələri üzrə respublikada tanınmış təcrübəli müəllimlərlə yanaşı, gənc, dinamik kadrlar da daxildir.