.jpg)
Kafedra Müdiri
Kimya mühəndisliyi kafedrasında üç ixtisas üzrə bakalavr səviyyəsində təhsil həyata keçirilir. Hazırda kafedranın tərkibinə 50 müəllim və 3 laborant daxildir. Kafedra üzrə ümumilikdə 619 bakalavr tələbəsi , 57 magistratura tələbəsi və 5 doktorantura tələbəsi təhsil alır.
Kafedramızın nəzdində müasir tələblərə cavab verən laboratoriya fəaliyyət göstərir. Laboratoriya müxtəlif cihazlar və digər zəruri olan bütün kimyəvi avadanlıqlarla təmin olunub ki, bu da tələbələrin nəzəri biliklərini praktiki şəkildə möhkəmləndirməsinə imkan yaradır. Kafedranın müəllim heyəti yerli və xarici universitetlərdə təhsil almış. Elmi dərəcələrə malik təcrübəli professor və dosentlərdən ibarətdir.Onlar həm elmi tədqiqat, həm də sənaye yönümlü layihələrdə fəal iştirak edirlər.
Kafedra həmçinin elmi-tədqiqat fəaliyyətinin inkişafı, innovativ tədris metodlarının tətbiqi və kimya sənayesi ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində məqsədyönlü fəaliyyət göstərir.Həmçinin Azərbaycanın aparıcı sənaye müəssisələri, ekoloji təşkilatlar və beynəlxalq üniversitetlərlə sıx əməkdaşlıq edir.Missiyamız kimya mühəndisliyinin elmi və texnoloji nəaliyyətlərini cəmiyyətin rifahına yönəltmək, ekoloji cəhətdən təhlükəsiz və dayanıqlı sənaye inkişafına töhfə verməkdən ibarətdir.