“BMU-İNHA İDP-də təhsil, tədris olun fənlər, tələbələrə verilən imkanlar və müəllimlərin peşəkar kadr olması mənim üçün xüsusi əhəmiyyətlidir”. Bu fikri BMU-İNHA ikili diplom proqramının (İDP) 2021/2022-ci tədris ili qəbulu üzrə İnformasiya Texnologiyaları ixtisasının I kurs tələbəsi Oruc Hümmətov bildirib.
İDP ilə bağlı təəssüratlarını bölüşən tələbə abituriyent olarkən, yalnız hədəflərinə uyğun təhsil müəssisəsi axtarışında olduğunu, məhz BMU-nun bu kriteriyalara cavab verdiyini qeyd edib. O. Hümmətov gələcək tələbələrə tövsiyələrini də verib: “Abituriyentlərə məsləhətim odur ki, keyfiyyətli təhsil, maddi-texniki bazası güclü və xaricdə təhsil imkanları yüksək olan təhsil müəssisəsi axtarırsınızsa, ikili diplom proqramına malik Bakı Mühəndislik Universiteti ən ideal universitetlərdən biridir”.
Proqramla bağlı daha geniş informasiyanı http://ddp.beu.edu.az/az/page/haqqimizda-257/ linkinə daxil olaraq əldə etmək mümkündür.
Proqramla əlaqədar digər tələbələrin təəssüratlarını http://ddp.beu.edu.az/az/page/telebelerimizin-idp-barede-teessuratlari-328/ linkindən izləmək olar.