Department Page

Qida və Biotexnologiya Kafedrası

Head of Department

Rəvan Rəhimov Abdullətif

Kafedra Müdiri

Kafedra Haqqında

Qida və Biotexnologiya kafedrası 2024-cü ildə yaradılmışdır. Hazırda kafedranın tərkibinə 8 müəllim (1 professor, 3 fəlsəfə doktoru, 2 dosent) və 2 laborant daxildir. Kafedra üzrə ümumilikdə 291 tələbə təhsil alır.

Kafedramızın nəzdində müasir tələblərə cavab verən laboratoriyalar fəaliyyət göstərir. Laboratoriya müxtəlif cihazlar, mikroskoplar və digər zəruri avadanlıqlarla təmin olunub ki, bu da tələbələrin nəzəri biliklərini praktiki şəkildə möhkəmləndirməsinə imkan yaradır. Kafedranın müəllim heyəti öz ixtisasları üzrə yüksək ixtisaslı və peşəkar mütəxəssislərdən ibarətdir. Onlar dərs keçdikləri sahədə geniş nəzəri biliklərə və zəngin praktiki təcrübəyə malikdirlər. Bu amil tədrisin keyfiyyətinin yüksəldilməsinə və tələbələrin müasir əmək bazarının tələblərinə cavab verən bilik və bacarıqlara yiyələnməsinə şərait yaradır.

Kafedra həmçinin elmi-tədqiqat fəaliyyətinin inkişafı, innovativ tədris metodlarının tətbiqi və qida sənayesi ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində məqsədyönlü fəaliyyət göstərir.

İxtisaslar