Xırdalan Seconq İnstitutunun tələbələr üçün təşkil etdiyi proqram başa çatıb

10 Sentyabr 2024
Xırdalan Seconq İnstitutunun tələbələr üçün təşkil etdiyi proqram  başa çatıb

Bakı Mühəndislik Universiteti (BMU) və  Koreya Respublikası İNHA Universitetinin birgə əməkdaşlığı çərçivəsində fəaliyyət göstərən Xırdalan Seconq İnstitutunun təşkil etdiyi “Gəncə şəhəri qısamüddətli Koreya dili və mədəniyyəti proqramı”  başa çatıb.  

Proqrama əsasən tələbələrə həftədə iki dəfə olmaqla, ümumilikdə yeddi həftə dərslər keçirilib. Dərslərdə Gəncə şəhərində yaşayan tələbələrlə yanaşı, müxtəlif yaş qruplarından olan  25 nəfər iştirak edib və onlar Koreya dili bacarıqlarını möhkəmləndirmək şansı qazanıblar. Koreya əlifbası, bu dilin təməl söz və ifadələri haqqında əsas biliklərə yiyələnən iştirakçılar Koreyanın ənənəvi və müasir mədəniyyətini qarşılaşdırmaqla ölkənin zəngin  mədəni dəyərləri ilə də ətraflı tanış olublar.

Seconq İnstitutu Koreyanın Mədəniyyət-İdman Nazirliyinin nəzdində Koreya dili və mədəniyyətini tədris edən təhsil ocağıdır və dünyanın 85 ölkəsində 248 şöbəsi var. İnstitut hər il dərs nəticələri yüksək olan iştirakçılara Koreyada təhsil almaq  imkanı yaradaraq bu ölkənin mədəniyyətini dünyaya tanıdır. Hazırda Azərbaycanda Bakı Seconq İnstitutu və Xırdalan Seconq İnstitutu olmaqla 2 şöbə fəaliyyət göstərir. 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər