Xaricdə təqaüd proqramları haqqında məlumatlandırıcı seminar keçirilib

06 Yanvar 2021
Xaricdə təqaüd proqramları haqqında məlumatlandırıcı seminar keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin təşkilatçılığı ilə xarici ölkələrdə təhsil almaq üçün təqaüd proqramları haqqında məlumatlandırıcı onlayn seminar keçirilib.

Seminarın təşkil olunması xaricdə təqaüd proqramları haqqında ünvanlanan çoxsaylı sualları ətraflı cavablandırmaq, eləcə də Almaniya və Fransada mövcud olan təqaüd proqramları haqqında məlumat vermək məqsədi daşıyıb.  

BMU-nun əməkdaşı, həmçinin universitet üzrə Erasmus+ KA1 mübadilə proqramının koordinatoru Nərmin Ələkbərova universitetin Erasmus proqramı çərçivəsində Avropanın bir çox universitetləri ilə tərəfdaşlıq etdiyini vurğulayıb. O, Avropa birliyi tərəfindən maliyyələşdirilən proqramın tarixi, proqrama qəbul şərtləri və müraciət üçün tələb olunan sənədlər, həmçinin tələbələrə veriləcək təqaüdlər haqqında danışıb.  

Tədbirdə Almaniya universitetləri ilə sıx əməkdaşlıq edən  “Zentrum für das Studium in Deutschland (ZSD)” MMC-nin rəhbəri Hümbət Əliyev Almaniyada təqaüd proqramları, Fransanın Bakıdakı səfirliyinin Əməkdaşlıq və mədəniyyət şöbəsinin universitetlərarası və elmi əməkdaşlıq üzrə ataşesi, həmçinin “Campus France”-ın koordinatoru Klemans Filippova isə Fransada mövcud olan təqaüd proqramları haqqında ətraflı məlumat verib.

BMU-nun Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri Arif Nəcimovun moderatorluğu ilə baş tutan seminar sualların cavablandırılması ilə yekunlaşıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər