Bakı Mühəndislik Universitetinin (BMU) Texnopark və İnnovasiya Mərkəzi, eləcə də Texnoklubun birgə təşkilatçılığı ilə “UniTalks”ın növbəti təlim-seminarı keçiriləcək.
“Start-up introduction matrix” başlığı ilə təşkili nəzərdə tutulan tədbirdə startapları necə təqdim etmək lazımdır mövzusundan bəhs olunacaq. Seminarda BMU-nun İqtisadiyyat və idarəetmə fakultəsinin tələbəsi Fidan Fərzəliyevanın mövzu ilə bağlı təqdimatı olacaq.
Təlim-seminarda əsasən, ideyanı necə vurğulamaq, təqdim etmə bacarığı ilə hədəf kütləni və investorları necə cəlb etmək olar kimi məsələlər müzakirəyə çıxarılacaq.
Tədbir 14 noyabr tarixində, saat 14:30-da BMU-nun əsas korpusunda Akt zalında təşkil ediləcək.