Bakı Mühəndislik Universitetinin (BMU) Riyaziyyat kafedrası ilə Pakistanın (Karaçi) Sir Syed Mühəndislik və Texnologiya Universitetinin Riyaziyyat kafedrasının təşkilatçılığı ilə birgə elmi seminar keçirilib.
“Ümumdünya Kosmos Həftəsi” (World Space Week) layihəsi çərçivəsində keçirilən ilk seminar “Kosmik hava şəraitinin yerüstü infrastruktura təsiri” (The Effect of Space Weather on Ground Based Infrastructure) mövzusuna həsr olunub.
İngiltərənin Mançester Metropolitan Universitetinin Elektrik mühəndisliyi kafedrasının alimi, professor Olugbenga Ogunmodimu “Kosmik hava və yerüstü infrastrukturlarda müasirlik” mövzusunda təqdimatla çıxış edib.
Seminarda iştirak edən BMU-nun Riyaziyyat kafedrasının müdiri, dosent Rakib Əfəndiyev, Sir Syed Mühəndislik və Texnologiya Universitetinin professoru Rəşid Kamal Ansari təqdimat ətrafında fikir mübasiləsi aparıblar.
Hər il oktyabrın 4-dən 10-dək “Ümumdünya Kosmos Həftəsi” keçirilir və dünyanın müxtəlif ölkələrində bu layihə çərçivəsində tədbirlər təşkil olunur. Layihənin məqsədi kosmik elmlərin və texnologiyanın müasir cəmiyyətin inkişafındakı rolunu işıqlandırmaqdır.
Qeyd edək ki, bu, BMU və Pakistan universitetinin birgə təşkil etdiyi sayca ikinci seminardır. İki ali təhsil ocağı arasında imzalanmış anlaşma memorandumuna uyğun olaraq cari ilin 17 sentyabr tarixində “Riyaziyyatda sərhədlər” adlı birgə beynəlxalq onlayn elmi seminar keçirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi