Tələbələrin “Mühəndislik düşərgəsi” təşkil olunacaq

01 Mart 2022
Tələbələrin “Mühəndislik düşərgəsi” təşkil olunacaq

Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) təşkilatçılığı ilə  22-26 mart 2022-ci il tarixlərində Quba rayonunda tələbələrin “Mühəndislik düşərgəsi” təşkil ediləcək.

Tədbirin keçirilməsində məqsəd tələbələr arasında mühəndislik sahəsinə olan marağın artırılmasıdır.

Düşərgədə ali təhsil müəssisələrinin mühəndislik ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura səviyyəsi üzrə təhsil alan tələbələr iştirak edə bilərlər.

Düşərgədə iştirak etmək istəyən tələbələr 10 mart 2022-ci il tarixinədək https://docs.google.com/forms/d/e/1FAIpQLSfJorTn8IuZWgeLhAm-DL4gAPqGzhsMIm7Qrca88NLH3Ly9Aw/viewform linki vasitəsilə qeydiyyatdan keçməlidir. Qeydiyyat mərhələsindən sonra riyaziyyat üzrə baza biliklərinin, eləcə də məntiqi təfəkkürünün yoxlanılması məqsədilə test imtahanı təşkil olunacaq. Uğur qazanan tələbələr düşərgədə iştirak hüququ qazanacaq.

Test imtahanının 12 mart tarixində keçirilməsi nəzərdə tutulur. Düşərgə çərçivəsində tələbələrə mühəndislik istiqamətlərində təcrübəli təlimçi və iş adamları tərəfindən xüsusi hazırlanmış təlimlər, praktiki fəaliyyətlər təşkil ediləcək. İştirakçıların əylənərək öyrənməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədilə düşərgədə, həmçinin müxtəlif idman və bilik yarışları keçiriləcək.

Təlimlərin sonunda bütün iştirakçılara sertifikatların təqdim olunması planlaşdırılır.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər