Tələbələr üçün sağlam qidalanma mövzusunda seminar

22 May 2025
Tələbələr üçün sağlam qidalanma mövzusunda seminar

Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Sağlam qidalanma üçün nə etməliyik?” mövzusunda tədbir keçirilib.

Tədbirdə öncə TEC-in üzvləri Emil Salmanov və Günay Bayramova çıxış edərək  tədbirin məqsədi, əhəmiyyəti haqda məlumat veriblər.

Sonra BMU-nun Qida və biotexnologiya kafedrasının müdiri, dosent Rəvan Rəhimov, mütəxəssislər -Səkinə Ağayeva, Şahin Bayramlı və Fərid Səfərov mövzu ilə bağlı məruzələrlə çıxış ediblər. Çıxışlarda sağlam qidalanmanın elmi əsaslarından, gündəlik qida seçimlərində yol verilən  səhvlərdən, habelə sağlam həyat tərzinin vacib elementləri və onlara nail olmaq yollarından ətraflı bəhs olunub.

Tədbir sual-cavab sessiyası ilə davam edib.

Sonda tədbirdə fəallıq göstərən tələbələrə sertifikatlar, bütün iştirakçılara isə pulsuz fərdi konsultasiya və dieta proqramı təqdim olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər