Bakı Mühəndislik Universitetində (BMU) Xarici dillər kafedrası və Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) nəzdində fəaliyyət göstərən “English Zone” klubunun birgə təşkilatçılığı ilə “Mystery minds: Decode the clue” (Sirli ağıllar: ipucunu deşifrə et) adlı tədbir keçirilib.
İngilis dilində təşkil olunan tədbir kafedranın baş müəllimi, akademik məsləhətçi Sevda Hüseynovanın layihəsi əsasında baş tutub. Yerli və xarici tələbələrin iştirak etdiyi layihə “Who is the murderer” (Qatil kimdir), “Job Interview” (İş müsahibəsi) və "Seeing a doctor" (Həkimlə görüşmək) adlı rol oyunları üzərində qurulub. Tələbələr bu oyunlar vasitəsilə ingilis dili bacarıqlarını nümayiş etdiriblər.
Tədbirin sonunda layihənin qaliblərinə THİK-in hədiyyələri təqdim olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi