Bakı Mühəndislik Universiteti (BMU) Müəssisələrlə əlaqələr və karyera mərkəzinin təşkilatçılığı ilə “Envision Energy” şirkətinin əməkdaşları tərəfindən tələbələr üçün təlimlər təşkil olunub. Bərpa olunan enerji sektorunda çalışacaq kadrların yetişdirilməsinə töhfə vermək məqsədi daşıyan təlimlərə ayrı-ayrı qruplarda ümumilikdə 60-dan çox tələbə qatılıb.
Müxtəlif təqdimatlarda saytın quraşdırılması və istismara verilməsi mühəndisi, keyfiyyət və təhlükəsizlik idarəetmə mühəndisi, sənədlərə nəzarət mühəndisi, həmçinin materialların idarə edilməsi üzrə 3-6 aylıq ödənişli təcrübə proqramları haqda da məlumatlar verilib.
Tədqimatlar zamanı “Envision Energy” barədə də zəruri informasiyalar diqqətə çatdırılıb. Bildirilib ki, “Envision Energy” qlobal müəssisələr, hökumətlər və qurumlar üçün bərpa olunan enerji sistemi həlləri təqdim edən dünya üzrə aparıcı yaşıl texnologiya şirkətidir. “Dayanıqlı gələcək üçün problemlərin həlli” missiyası ilə “Envision Energy” texnoloji innovasiyalar vasitəsilə bərpa olunan enerjinin istehsalı, saxlanması və sinerji xərclərini davamlı olaraq azaldır. Üç əsas biznes sektorunu - Ağıllı Külək Turbinləri, Enerji Anbarı və Yaşıl Hidrogen Həllərini əhatə edən “Envision Energy” enerji transformasiyası üçün hərtərəfli həlləri birgə qurur.
İctimaiyyətlə əlaqələr şöbəsi