BMU-nun Tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarının rəhbərləri ilə görüşüb.
Görüşdə tələbə təşkilatlarının fəaliyyətindən, gənclərin mənəvi tərbiyəsindəki rolundan və tələbələrin asudə vaxtlarının səmərəli keçirmələrindən bəhs olunub. Prorektor tədbirdəki çıxışında ölkə başçısı İlham Əliyevin gənclər siyasətindən, dövlətimizin gənclərə göstərdiyi qayğısından söz açaraq tələbə təşkilatları sədrlərinin fəaliyyətindən, universitet rəhbərliyi tərəfindən tələbələrə yaradılan şəraitdən və onların uğurları barədə ətraflı məlumat verib. 2018-2019 tədrisi ili üzrə tələbə təşkilatlarının fəaliyyətləri təhlil edilib və növbəti il üzrə fəaliyyət istiqamətləri müzakirə edilib.
Sonra tələbə təşkilatlarının sədrlərinin çıxışları tək-tək dinlənilib. B.Hüseynzadə çıxışlarda səslənən layihə və problemlər barədə qeydlər aparıb, növbəti tədris ili üçün yeni inkişaf strategiyasının hazırlanmasını tapşırıb.
Tədbirdə universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Amil Abdullayev, Tələbə Gənclər Təşkilatının sədri Elnur Mirzəyev fəaliyyətləri barədə məruzə edib.
Tədbirin sonunda prorektor tələbələrə gələcək fəaliyyətləri barədə tövsiyələr verib.