Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin “Tusi(2C)” İnkubasiya proqramına qeydiyyat başlayıb. Qeydiyyat bu link vasitəsilə aparılır: https://forms.gle/roGi2cshSRgcDEfz8
Qeydiyyatın 1 dekabr 2022-ci il tarixində yekunlaşması planlaşdırılır. Təşəbbüskar, özünə güvənən, gələcəyini bu sahədə görən tələbələr və məzunlar proqramda iştirak edə bilərlər.
Ümumilikdə 6 aylıq dövrü əhatə edəcək proqram çərçivəsində bir sıra təlimlər təşkil olunacaq, eyni zamanda xarici və yerli ekspertlərlə görüşlər keçiriləcək. Bundan başqa, layihələrin işlənilməsi, sahələr üzrə səfərlər, müxtəlif “camp”lər, “Pitch Day” və son olaraq 3 qalib layihənin maliyyələşdirilməsinə dəstək proqramın əsas istiqamətləri sırasına daxildir.
Qeyd edək ki, adıçəkilən dövlət agentliyi ilə BMU arasında “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində əməkdaşlıq davam etdirilir. Layihənin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin təşviqi, innovativ ideyalarını inkişaf etdirmək üçün tələbələrə dəstək göstərilməsidir.
İctimaiyyətlə əlaqələr şöbəsi