Sankt-Peterburq universitetləri ilə əməkdaşlıq əlaqələri müzakirə olunub

13 Noyabr 2024
Sankt-Peterburq universitetləri ilə əməkdaşlıq əlaqələri müzakirə olunub

Azərbaycan universitetlərindən Rusiyaya ezam edilmiş nümayəndə heyəti akademik əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədilə Sankt-Peterburq şəhərində səfərdə olublar. Səfər çərçivəsində Sankt-Peterburq Politexnik və Sankt-Peterburq Dövlət Sənaye Texnologiyaları və Dizayn universitetlərində təhsil və tədqiqat sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün bir sıra vacib görüşlər keçirilib.

Bakı Mühəndislik Universitetini (BMU) təmsil edən Strategiya və Keyfiyyət Təminatı şöbəsinin müdiri Sevil İmanova da nümayəndə heyətinin tərkibində olub. Görüşlər zamanı iki ölkənin ali təhsil ocaqları arasında tələbə və müəllim mübadiləsi, birgə tədqiqat layihələri kimi sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Sankt-Peterburq Politexnik Universitetində baş tutan işgüzar görüşlərdə təhsil sahəsində beynəlxalq əlaqələrin inkişafı diqqətdə saxlanılıb.  

Sankt-Peterburq Dövlət Sənaye Texnologiyaları və Dizayn Universitetində keçirilən müzakirələrdə isə akademik əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində səylərin önəmi vurğulanıb.

Səfər Azərbaycan və Rusiya universitetləri arasında elmi və tədris əlaqələrinin inkişafına, eləcə də qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə dəstək məqsədini daşıyıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər