“Rəqəmsal ödənişlərin üstünlükləri” mövzusunda təlim keçiriləcək

16 Dekabr 2020
“Rəqəmsal ödənişlərin üstünlükləri” mövzusunda təlim keçiriləcək

Azərbaycan Respublikası Mərkəzi Bankının və Bank Tədris Mərkəzinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin əməkdaşları üçün “Rəqəmsal ödənişlərin üstünlükləri” mövzusunda təlim keçirilir. Bakı Mühəndislik Universitetinin (BMU) müəllim və əməkdaşları üçün bu təlim 25 dekabr saat 14:30-da təşkil olunacaq.

Onlayn təlimdə iştirak etmək üçün https://forms.gle/GVWw4ne145TEWBar7 linkinə daxil olaraq qeydiyyatdan keçmək tələb olunur.

Qeyd edək ki, təlimlər “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası məqsədilə Mərkəzi Bank tərəfindən ali və orta ixtisas təhsil müəssisələrində keçirilir.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər