"Yeni Fikir VI” startap müsabiqəsinin yarımfinalçılarına təlimlər keçirilib

27 May 2019
"Yeni Fikir VI” startap müsabiqəsinin yarımfinalçılarına təlimlər keçirilib

    Bakı Mühəndislik Universitetinin təşkilatçılığı BP Azərbaycan şirkətinin maliyyə dəstəyi ilə startap komandalarına təlimlər keçirilib. Təlimlər Müsabiqənin şərtlərinə uyğun olaraq, 27-29 may 2019-cu il tarixlərində Bakı Mühəndislik Universitetində baş tutub. Belə ki, 118 startap layihənin qeydiyyatdan keçdiyi “Yeni Fikir VI” startap müsabiqəsində yarımfinala vəsiqə qazanmış 36 startap komandasının üzvlərinin iştirakı ilə keçirilən təlimlər aşağıdakı mövzuları əhatə edib:

  1. İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin mütəxəssislərinin təqdimatında “Business Model Canvas” və “Monopoly Theory” mövzularında;
  2. Tanınmış təlimçi Coşqun Kərimovun təqdimatında "Startap layihənin təqdimatı və uğurlu təqdimat bacarıqları" mövzusunda;
  3. Tanınmış təlimçi Rüfət Əzizovun təqdimatında "Biznes plan və onun qurulması” mövzusunda.

   Təlimlərin məqsədi yarımfinalda yarışan startap komandalarının gücləndirilməsi və inkişafı, eləcə də yarımfinala daha yaxşıhazırlaşmalarını dəsətəkləmək idi.

   “Yeni Fikir VI” startap müsabiqəsinin yarımfinal mərhələsi 14-15 iyun 2019-cu il tarixində keçiriləcək. Yarımfinal mərhələnin qaydaları və digər məqamlar haqqında aşağıdakı ünvanda ətraflı məlumat verilib: http://yenifikir.az/az/pages/Yarimfinal-63.html

    Qeyd edək ki, “Yeni Fikir VI” startap müsabiqəsinin final mərhələsi cari ilin iyul ayının 5-də keçirilməsi nəzərdə tutulub. Müsabiqənin nəticələrinə əsasən ən perspektivli 5 startap layihə seçilərək şirkətləşməsi və kommersiyalaşdırlması prosesi dəstəklənəcək. Qalib komandaların inkişafı, BP Azərbaycan şirkətinin maliyyə dəstəyi ilə, Bakı Mühəndislik Universitetinin Texnoparkında və İnnoland İnkubasiya və Akselerasiya Mərkəzində inkubasiya və akselarasiya proqramları, həmçinin maliyyə imkanları ilə dəstəklənəcək. Dəstək formaları haqqında ətraflı məlumatı aşağıdakı ünvandan əldə etmək olar:         http://yenifikir.az/az/pages/Destek-formalari-26.html

Digər xəbərlər