Bakı Mühəndislik Universitetinin (BMU) İnnovasiya Mərkəzi, Texnopark və Texnoklubun birgə təşkilatçılığı ilə “UniTalks”ın növbəti təlim-seminarı keçirilib. BMU-nun akt zalında təşkil olunan seminarda “Code Academy”nin təsisçisi Samir Kərimov “Proqramlaşdırmanın öyrənmə üsulları” mövzusunda təqdimatla çıxış edib.
Universitetin tələbələrinin aktiv şəkildə iştirak etdiyi təqdimatda S.Kərimov proqramlaşdırma sahəsində karyera qurmaq istəyənlərin potensialını üzə çıxarmaq və onların fərdi və peşəkar inkişafı yollarından danışıb.
Sonda “Code Academy”nin təsisçisi tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıb.
BMU-da “UniTalks” layihəsi çərçivəsində təlim-seminarların təşkilinin başlıca məqsədi innovativ və sahibkar düşüncəli gənclərin formalaşmasına təkan vermək, həmçinin onlara öz bizneslərini qurmaq qabiliyyətini inkişaf etdirməkdir.
İctimaiyyətlə əlaqələr şöbəsi