Pedaqoji fakültənin əməkdaşı doktorluq dissertasiyasını müdafiə edib

08 Aprel 2022
Pedaqoji fakültənin əməkdaşı doktorluq dissertasiyasını müdafiə edib

Bakı Mühəndislik Universitetinin (BMU) Pedaqoji fakültəsinin İngilis dili kafedrasının dosenti Şəfəq Dadaşova “Ədəbi avtobioqrafiyanın nəzəriyyəsi və tipologiyası” mövzusunda yazdığı doktorluq dissertasiyasını uğurla müdafiə edib.

Müəllif tədqiqat prosesində aldığı nəticələri Vyana, London, Oksford, Batumi, İstanbul, Zurix və başqa şəhərlərdə keçirilən konfranslarda əyani olaraq təqdim edib. Bununla yanaşı, mövzu üzrə bir neçə məqalə Web of Science bazasına daxil olan jurnallarda işıq üzü görüb.

Bakı Slavyan Universitetində keçirilən iclasda rəylər dinlənildikdən sonra doktorluq dissertasiyasının Ali Attestasiya Komissiyasına təqdim edilməsi barədə yekdil qərar qəbul olunub.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər