Bakı Mühəndislik Universitetinin (BMU) Qadınlar Şurası xeyriyyə aksiyalarını davam etdirir. Bu dəfə Ramazan bayramı ilə əlaqədar olaraq Abşeron rayonu ərazisində yaşayan 5 imkansız ailəyə ərzaq yardımı olunub.
BMU-da 2017-ci ildən təsis olunan Qadınlar Şurası ali təhsil ocağında işçi qadınların iş, əmək və sosial məsələlərinin həllində onlara kömək etmək, qayğı göstərmək, mövcud problemlərlə bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırmaq, tələbələrin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsi işinin gücləndirilməsi məqsədi ilə tədbirlər təşkil etmək və s. bu kimi istiqamətlərdə aktiv fəaliyyət göstərir. Şura, həmçinin aztəminatlı ailələrə yardımların göstərilməsi ilə bağlı müxtəlif xeyriyyə aksiyaları həyata keçirir.
İctimaiyyətlə əlaqələr şöbəsi