Bakı Mühəndislik Universitetində (BMU) keçirilən “Mühəndislik Problemlərinin Həllində Menecment və İdarəetmə” adlı beynəlxalq konfrans (MaCoSEP- 2025, 13-15 mart ) bu gün öz işini panel iclasla davam etdirib.
Konfransda Estoniyanın Tartu Universitetinin professoru Sedat Akleylekin “Post-kvant kriptoqrafiyasında çətinliklər və imkanlar”, İtaliyanın Palermo Universitetinin professoru Calogero Vetronun “Qeyri-xətti çoxdəyərli sistemlər: mövcudluq və relaksasiya teoremləri” və Hindistanın Rajagiri Mühəndislik və Texnologiya Məktəbinin professoru Sunny Joseph Kalayathankalın “Qeyri-səlis modelləşdirmə və qərarvermə tətbiqlərinin real dünyada istifadəsi” adlı məruzələri dinlənilib.
Müzakirələrdən sonra məruzəçilərə təşəkkür plaketləri təqdim edilib.
Martın 15-də başa çatacaq konfransın ikinci gününün bölmə iclasları “Ekologiya, kimya mühəndisliyi və biotexnologiyada sistem təhlili”, “Radiotexnika və telekommunikasiya”, “Ağıllı texnologiyalar və kiberfiziki sistemlər”, “Elektrik enerji sistemləri və şəbəkələri” mövzularına həsr olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi