Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsinin 2022-2023-cü tədris ilinin payız semestrində uğurlu nəticələri ilə fərqlənən tələbələrinin mükafatlandırılma mərasimi keçirilib.
Fakültənin dekanı, dosent Hüseyn Mirzəyev təhsildə nailiyyətlər qazanan tələbələri təbrik edib.
Yüksək nəticələr göstərən tələbələrin sayının artmasının sevindirici hal olduğunu bildirən H.Mirzəyev, eyni zamanda tələbələrə auditoriyada vaxtın düzgün dəyərləndirilməsi, tədris prosesinə məsuliyyətlə yanaşma və s. məsələlərlə bağlı fikirlərini çatdırıb.
Tələbələri akademik nailiyyətləri münasibətilə təbrik edən fakültənin tədris işləri üzrə dekan müavini Osman Mirzəyev tədbirin tələbələr arasında sağlam rəqabətin formalaşdırlması, elm və təhsilə qarşı marağının gücləndirilməsinə xidmət etdiyini deyib.
Cıxışlardan sonra fakültənin müxtəlif ixtisaslar üzrə təhsildə uğurlu nəticələri ilə fərqlənən 12 tələbəsi BMU Tələbə Həmkarlar İttifaqı Komitəsinin hədiyyələri və fəxri fərmanlarla mükafatlandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi