Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsinə bu il qəbul olan tələbələrlə görüş keçirilib.
Professor-müəllim heyəti, auditoriyalar və tədris prosesi ilə tanışlıq məqsədi daşıyan görüşdə fakültənin dekanı Asif Quliyev və əməkdaşları çıxış ediblər. Çıxışlarda fakültənin tarixi, strukturu, universitetdə mövcud təhsil imkanları barədə ətraflı məlumat verilib. Həmçinin, tələbələrin elmi fəaliyyətə cəlb olunması üçün təhsil ocağında yaradılan şərait, müasir texnologiyalar əsasında hazırlanan tədris proqramları, BMU-nun beynəlxalq reytinqi və xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri vurğulanıb.
Görüşdə tələbələrə BMU-nun elektron sistemləri haqda da geniş informasiya təqdim olunub. Eyni zamanda tələbələrin hüquqları, universitetdaxili nizam-intizam qaydaları nəzərə çatdırılıb, bu qaydalara ciddi riayət olunması tövsiyə edilib.
Sonda tələbələrin sualları cavablandırılıb və onlara yeni tədris ilində uğurlar arzulanıb.
İctimaiyyətlə əlaqələr şöbəsi