Bakı Mühəndislik Universitetində (BMU) universitetin Mühəndislik fakültəsinə qəbul olan I kurs tələbələri ilə görüş keçirilib.
Mühəndislik fakültəsini dekanı, dosent Hüseyn Mirzəyev tələbələri universitetə daxil olmaqları münasibətilə təbrik edib və yeni tədris ilində qarşıda duran əsas vəzifələrə toxunub.
H.Mirzəyev universitetin maddi-texniki bazası haqqında tələbələrə ətraflı məlumat verib. Ümumi tədris sistemindən söz açan fakültə dekanı tələbə biliyinin qiymətləndirilməsi, təqaüdün növləri və onların verilməsi formaları, imtahanların təşkili məsələsindən danışıb. O, universitetin Tələbə Tələbə Məlumat Sistemi (TMS) və ondan istifadə edilməsi, dərs qeydiyyatı barədə informasiyaları tələbələrin nəzərinə çatdırıb. Bununla yanaşı, kredit sistemi ilə tədrisin təşkili, həmçinin universitetdaxili nizam-intizam qaydaları ilə tələbələri tanış edib. BMU-nun müasir standartlara cavab verən və zəngin kitabxanasının olduğunu vurğulayan fakültə dekanı elektron kitabxananın da fəaliyyət göstərdiyini fikirlərinə əlavə edib.
Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.
Görüşdən sonra tələbələr BMU-nun Avtomatik nəzarət laboratoriyası, Mexanizmlər və maşın dinamikası laboratoriyası, Material və metalloqrafiya laboratoriyası, Materiallar müqaviməti laboratoriyasının fəaliyyəti ilə yaxından tanış olublar.
İctimaiyyətlə əlaqələr şöbəsi