Bakı Mühəndislik Universitetinin tələbələri startup lahiyələrinin fəal iştirakçılarıdır. Beləki, BMU-da fəaliyyət göstərən “MirvariStore” bunlardan biridir. Layihənin əsas məqsədi "upcycling" (istifadəsiz materialların təkrar istifadəsi) konseptinə uyğun məhsullarının hazırlanmasıdır. "MirvariStore" tikiş və toxuma üsulları ilə müxtəlif növ çantalar və geyimlər hazırlayan startup layihəsidir.
Həmçinin layihə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Sahibkarlığın İnkişafı Fondu tərəfindən keçirilən startup layihələrinin qəbulu prosesində 24 layihə arasından seçilən 11 layihədən biridir.