“Mentorluq” proqramını uğurla başa vuran BMU-nun əməkdaşlarına sertifikatlar təqdim olunub

15 Aprel 2022
“Mentorluq” proqramını uğurla başa vuran BMU-nun əməkdaşlarına sertifikatlar təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin "Gələcək üçün bacarıqlar: Gələcək üçün birgə" adlı hesabat tədbiri keçirilib.

Tədbirdə sözügedən layihənin “Mentorluq” proqramını uğurla başa vuran BMU-nun 5 nəfər əməkdaşına (Elçin Yusubov, Samir Quliyev, Arif Nəcimov, Tahirə Salayeva və Ülvi Yaqubov) sertifikatlar və hədiyyələr təqdim olunub.

Tədbirə təhsil naziri Emin Əmrullayev, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, ali təhsil müəssisələrinin rəhbərləri və digər şəxslər qatılıb.

Toplantıda “Gələcək üçün bacarıqlar” layihəsi, mentorluq və “Tusi - 2 C” inkubasiya proqramları barədə hesabat təqdim olunub. Təhsildə innovasiya fəaliyyətinin təşkili, tələbələrin və müəllimlərin bilik və bacarıqlarının artırılması və s. istiqamətlərdə fikirlər səsləndirilib, layihə çərçivəsində həyata keçirilmiş və yeni başlayacaq işlər barədə məlumat verilib.

Sonra layihəyə yeni qoşulan universitetlərlə və Təhsil Nazirliyi ilə Anlaşma Memorandumu imzalanıb.

Xatırladaq ki, 2021-ci ilin aprel ayından həyata keçirilən layihənin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan ixtira sahəsinə yönləndirilməsidir.

Layihəyə ilkin mərhələdə 4 universitet - BMU, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, mentor kimi isə 48 müəllim qoşulub. Sonrakı mərhələdə isə layihəyə 9 ali təhsil müəssisəsi qatılıb.  

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər