Bakı Mühəndislik Universitetində (BMU) Memarlıq və inşaat fakültəsinə bu il qəbul olunan birinci kurs tələbələri ilə görüş təşkil edilib.
Fakültə rəhbərliyi tələbələri yeni təhsil mərhələsinə qədəm qoymaları münasibətilə təbrik edərək universitetdə onları gözləyən imkanlar və inkişaf perspektivlərindən söz açıb. Bildirilib ki, BMU-da keçən hər gün onların həm peşəkar, həm də şəxsi inkişafına töhfə verəcək, gələcəkdə uğurlu mütəxəssis kimi formalaşmalarına şərait yaradacaq.
Görüş zamanı fakültənin imkanları, laboratoriyalar, layihə və təcrübə proqramları, eləcə də universitetin elektron sistemi barədə ətraflı məlumat verilib.
Bundan başqa, universitetin tələbə klubları və tələbə təşkilatları haqda da informasiyalar təqdim olunub. Vurğulanıb ki, tələbələr təhsil aldıqları müddətdə yalnız dərslərlə kifayətlənməyəcək, habelə müxtəlif elmi, yaradıcılıq və sosial fəaliyyətlərdə fəal olmaqla özlərini inkişaf etdirə biləcəklər.
Səmimi atmosferdə keçən görüşdə tələbələrin suallarına aydınlıq gətirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi