Magistraturaya qəbul olanların qeydiyyat prosesi uzadılıb

15 İyul 2020
Magistraturaya qəbul olanların qeydiyyat prosesi uzadılıb

2020/2021-ci tədris ilində Bakı Mühəndislik Universitetinin (BMU) magistratura səviyyəsinə yeni qəbul olmuş tələbələrin sənədlərinin qeydiyyat prosesi iyulun 20-ə qədər davam edəcək. Belə ki, ali təhsil müəssisələrinin qeydiyyat müddətinin artırılması ilə bağlı müraciətləri nəzərə alınaraq Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müəyyən olunan son qeydiyyat tarixi uzadılıb.

 Koronavirus pandemiyası ilə əlaqədar olaraq onlayn formada həyata keçirilən qəbul prosesi üçün sənədlərin skan edilmiş surətləri qeydiyyat formasına  yüklənməli və ya qeyd olunan ünvana (e-mail: uabdurahmanova@beu.edu.az) göndərilməlidir.

Cari ildə bir ali məktəbin bakalavr səviyyəsini tam bitirən və akademik borcu olmayan, lakin digər ali məktəbin magistratura səviyyəsinə qəbul olunan bakalavrlardan qeydiyyat zamanı tələb olunan ali təhsil müəssisəsini bitirməsi haqqında arayışı daxil olduğu ali təhsil müəssisəsinə təqdim etməyə ehtiyac yoxdur. Bununla bağlı DİM onlayn qeydiyyat prosedurunu nəzərə alaraq “Tələbə-məzun dövlət elektron məlumat sistemi”nə daxil edilən bakalavrların məlumatlarını qeydiyyat sistemi vasitəsilə onlayn əldə etmək imkanı yaradıb.

Xatırladaq ki, sənədlərlə bağlı daha ətraflı məlumatları, həmçinin BMU-nun hüquqi ünvanı və bank rekvizitləri haqqında informasiyaları göstərilən linkə (http://beu.edu.az/az/announcement/baki-muhendislik-universitetinin-magistratura-pillesine-daxil-olmus-bakalavrlarin-nezerine-46)  daxil olmaqla əldə etmək mümkündür.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər