Bakı Mühəndislik Universitetinin (BMU) Kompüter və informasiya texnologiyaları kafedrasında magistr tələbələrinin elmi-tədqiqat və elmi pedaqoji təcrübələrinin müdafiəsi keçirilib.
Hesabat yığıncağında kafedranın müdir əvəzi, baş müəllim Amil Babayev, Mühəndislik fakültəsinin dekan müavini, baş müəllim Əli Həsənov, Təcrübə şöbəsinin müdiri Həzi Qasımov və kafedranın müəllimləri iştirak ediblər.
İclasda İdarəetmədə informasiya sistemi ixtisasının 6 tələbəsi, Kompüter mühəndisliyi ixtisasının 7 tələbəsi hesabatlarını təqdim ediblər.
Hesabatlarda təcrübə müddətində görülən işlər, aparılan tədqiqat, həmçinin ölkənin elmi jurnal və konfrasları üçün hazırlanan məqalələr barədə geniş məlumat verilib. Bununla yanaşı, elmi pedaqoji təcrübə dövründə tələbələrin dərslərdə iştirakı və tədris etdikləri dərslər haqqında da zəruri bilgilər diqqətə çatdırılıb.
Magistr tələbələri iclas iştirakçılarının suallarını cavablandırdıqdan sonra onların təcrübə hesabatları qanunvericiliyə əsasən qiymətləndirilib.
Qeyd edək ki, 2021/2022 tədris ilinin yaz semestrində magistr tələbələri akademik təqvimə uyğun olaraq 17 fevral 2022 - 16 mart 2022-ci il tarixlərində elmi-tədqiqat, 17 mart 2022 - 13 aprel 2022-ci il tarixlərində isə elmi pedaqoji təcrübədə olublar. Qrup halında hər 5 tələbəyə elmi dərəcəsi olan 1 rəhbər təyin edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi