LANDAU Məktəbinin İnsan Resursları üzrə (HR) meneceri Aygün Qəndilova Bakı Mühəndislik Universitetində olub. Universitetin Müəssisələrlə əlaqələr və karyera departamentinin əməkdaşları ilə görüşən A.Qəndilova LANDAU Məktəbində yaradılmış iş imkanları haqqında məlumat verib və bildirib ki, BMU-da pedaqoji ixtisaslarda tədrisin ingilis dilində olması Azərbaycanda yerləşən beynəlxalq məktəblərin daim maraq dairəsindədir. Məhz buna görə də ingilis dili üzrə təhsil alan tələbələr LANDAU Məktəbində rahatlıqla işlə təmin olunacaqlar.
Qeyd edək ki, LANDAU Məktəbi Amerika Birləşmiş Ştatlarının (ABŞ) sertifikatlaşdırılmış xüsusi məktəbidir. Məktəbdə İGSCE və A-səviyyəli proqramlar tədris olunur və yeni yaranmağına baxmayaraq, tez bir zamanda inkişaf etmiş və tədrisin bütünlüklə ingilis dilində keçirildiyi təhsil müəssisələrindən biridir.