Kotlin proqramlaşdırma dili üzrə təlim keçirilib

05 Fevral 2021
Kotlin proqramlaşdırma dili üzrə təlim keçirilib

“Google” şirkətinin Bakı Mühəndislik Universiteti (BMU) üzrə Proqramçı Tələbələr Klubunun (Google Developer Student Club) “Android Study Jam” adlı vebinarı keçirilib.

Vebinar “Google” şirkətinin BMU üzrə Proqramçı Tələbələr Klubunun qrup rəhbəri Nicat Mehdiyevin moderatorluğu ilə baş tutub.

Tədbirdə Android proqramçısı Sweta Patel Kotlin proqramlaşdırma dili üzrə təlim keçib. Bildirib ki, Kotlin həm obyekt yönümlü, həm də funksional proqramlaşdırma konstruksiyalarını özündə cəmləşdirən müasir və statik şəkildə yazılmış proqramlaşdırma dilidir. S.Patel proqramçıların daha məhsuldar olmasına kömək edən müasir proqramlaşdırma dili olan Kotlin və onun faydaları barədə söz açıb.

Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər