Bakı Mühəndislik Universitetində (BMU) istehsalat təcrübəsində (16 fevral-24 may) olan tələbələrin (Kompüter mühəndisliyi və İnformasiya texnologiyaları ixtisasları üzrə) hesabatlarının qəbulu keçirilib.
Bütövlükdə qeyd olunan ixtisaslar üzrə 121 tələbə öz hesabatlarını təqdim ediblər.
Tələbələr təcrübə müddətində gördükləri işlər, iştirak etdikləri layihələr barəsində ətraflı məlumat veriblər. Bundan başqa, tələbələr təcrübə dövründə qarşılaşdıqları problemlərə toxunublar.
Kompüter və informasiya texnologiyaları kafedrasının müdir əvəzi Amil Babayev, Mühəndislik fakültəsinin dekan müavini Əli Həsənov, Təcrübə şöbəsinin müdiri Həzi Qasımov və adıçəkilən kafedranın müəllimləri hesabatlarla bağlı fikirlərini bildiriblər.
Tədbirdə tələbələrin təcrübə keçdikləri müəssisələrdə çalışmaları, aldıqları iş təklifləri və s. ilə bağlı müvafiq statistik informasiyalar nəzərə çatıdırılıb.
Sonda təcrübə keçən tələbələrin hesabatları qiymətləndirlib və təcrübə müddəti müsbət dəyərləndirilib, eyni zamanda müəssisələrlə daha sıx əlaqə saxlanılması tövsiyə edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi