Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi üzrə Bakı Mühəndislik Universitetinin (BMU) mentorları ilə görüş keçirilib.
Görüşdə iştirakçılara ümumi mentorluq işinin təşkili və tədris mexanizmi, o cümlədən mentorluq proqramının iş planı, mentorun fəaliyyət istiqamətləri, inkubasiya işinin təşkili, inkubasiya proqramının idarə olunması haqqında ətraflı məlumat verilib.
Tədbirdə mövzu ilə bağlı genş müzakirələr aparılıb, eyni zamanda mentorların sualları cavablandırılıb.
Qeyd edək ki, adıçəkilən dövlət agentliyi ilə BMU arasında “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində əməkdaşlıq həyata keçirilir. Layihənin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir. Eyni zamanda innovativ ideyalarını inkişaf etdirmək üçün tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilmələri layihənin əsas hədəflərı sırasında yer alır.
İctimaiyyətlə əlaqələr şöbəsi