Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə XII "Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalı keçirilib.
Festivalda iştirak edən BMU-nun tələbələri milli rəqs (solo), müasir rəqslər (kollektiv) və klassik musiqi nominasiyaları üzrə II yerə layiq görülüblər.
Universitetin rektoru, professor Havar Məmmədov festivalda iştirak edən tələbələrlə görüşüb, onları göstərdikləri yüksək nəticələrə görə təbrik edib. Rektor çıxışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gənclər siyasətini möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirdiyini və bu sahədə görülən işlər haqqında məlumat verib.
Rektor universitetlərin işinin yüksək təhsil verməklə bitmədiyini, tələbələrin hərtərəfli kadr kimi yetişməsində görülməli işləri xüsusi vurğulayıb, bu missiyanı tələbə təşkilatları və dərnəkləri uğurla yerinə yetirdiyini bildirib. Professor H.Məmmədov festivalda BMU-nun yaradıcı tələbələrini ölkənin ali təhsil müəssisələri arasında bir neçə nominasiyada mükafatçılar sırasında olmalarını yüksək qiymətləndirib, tələbələri mükafat və fəxri fərmanla təltif edib.
Qeyd edək ki, festivalın keçirilməsində məqsəd yaradıcı və istedadlı gəncləri üzə çıxartmaqdır.