Ermənistanın müharibə cinayətlərindən zərər görmüş bir qrup Tərtər sakininə yardım edilib

19 Noyabr 2020
Ermənistanın müharibə cinayətlərindən zərər görmüş bir qrup Tərtər sakininə yardım edilib

Bakı Mühəndislik Universitetinin (BMU) Qadınlar Şurası Ermənistanın müharibə cinayətləri nəticəsində yaşayış evləri ciddi zərər görmüş bir qrup Tərtər sakininə yardım edib.

BMU Qadınlar Şurasının sədri Ətrabə Gül Tərtər sakinləri ilə görüşündə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütovlüyü uğrunda aparılan əməliyyatların tarixi nəticələrindən bəhs edib. O bildirib ki,  müzəffər Ali Baş Komandanın böyük qətiyyəti və Azərbaycan əsgərlərinin rəşadəti sayəsində 44 gün ərzində möhtəşəm qələbə əldə olunub. Şura sədri bu dövr ərzində Ermənistanın münaqişə zonasından kənarda yerləşən ərazilərə ballistik raketlərlə hücum edərək müharibə cinayətləri törətdiyini vurğulayıb. Ermənistanın  vandalizm və barbarlıq əməllərinin cavabsız qalmayacağını qeyd edən Şura sədri müharibə cinayətlərindən zərər görmüş dinc əhaliyə dövlətin göstərdiyi diqqət və qayğıdan danışıb.

Qeyd edək ki, BMU Qadınlar Şurası universitetin ictimai-sosial həyatında fəal iştirak edir, həmçinin davamlı olaraq köməyə ehtiyacı olan ailələri müəyyənləşdirərək onlara yardım göstərir.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər