Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzi (DTKT) tərəfindən imtahan sessiyası öncəsi (31 may – 02 iyun tarixlərində) monitorinq keçirilib. Monitorinqin nəticələrinə əsasən, müşahidə olunan irad və təkliflər keyfiyyətin artırılması məqsədilə müvafiq bölmə strukturlara çatdırılıb.
Tədris ili ərzində DTKT mərkəzinin qarşısında duran əsas vəzifələrdən biri Google Classroom elektron təhsil platformasında müəllimlərin yerləşdirdiyi məlumatlara nəzarət və onların monitorinqi olub. Bu istiqamətdə semestrin ilk günündən etibarən dərslərin sillabusları, həftəlik mühazirə mətnləri və slaydlar, imtatan keçidi (Google Meet), elektron dərs resursları və imtahanlarla bağlı materialların, gündəlik dərslərin video qeydlərinin və s. elektron təhsil platformasına yerləşdirilməsi və tələbələr üçün əlçatanlığı təmin olunub.
Distant təhsil dövründə BMU Google Classroom elektron təhsil platformasının imkanlarından geniş şəkildə istifadə edib. Platformanın verdiyi imkanlarla universitet müəllimləri onlayn təhsil dövründə tələbələrlə operativ şəkildə əlaqə qurub, onları dərs vəsaiti və materialları ilə təmin ediblər.
Xatırladaq ki, bundan öncə mərkəz tərəfindən 29 mart – 5 aprel və 26 aprel – 7 may tarixləri arasında da monitorinq keçirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi