Bakı Mühəndislik Universitetinin (BMU) Xarici dillər kafedrasında “Dərin öyrənmə, tənqidi təfəkkür və sual vermə strategiyaları” (“Deep learning-critical thinking and questioning strategies”) mövzusunda seminar keçirilib.
Kafedranın müdiri Nərminə Əliyeva seminarı giriş sözü ilə açaraq mövzu ilə bağlı fikirlərini bölüşüb.
Sonra kafedranın müəllimi Nərmin Eminova təqdimatla çıxış edib. Təqdimatda dərin öyrənmənin mahiyyəti və elementləri, tələbələrdə tənqidi düşünməni inkişaf etdirmək üçün faydalı sual vermə texnikaları və bunların hər birinə aid nümunələrdən bəhs olunub.
Mövzu ətrafında müzakirələrlə davam edən tədbirdə seminar iştirakçılarının suallarına aydınlıq gətirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi