Bu il BMU-da təşkil ediləcək SAT imtahanlarının tarixləri məlum olub

20 May 2024
Bu il BMU-da təşkil ediləcək SAT imtahanlarının tarixləri məlum olub

Xarici ölkələrdə təhsil almaq üçün tələb olunan dil və bacarıqların qiymətləndirilməsi ilə əlaqədər beynəlxalq imtahanların təşkilində fəal iştirak edən Bakı Mühəndislik Universitetində (BMU) növbəti SAT imtahanlarının həyata keçirilməsi planlaşdırılır.

 Universitetdə 2024-cü il ərzində SAT beynəlxalq imtahanlarının aşağıdakı tarixlərdə keçirilməsi nəzərdə tutulur:

-      1 iyun

-      24 avqust

-      5 oktyabr

-      2 noyabr

-      7 dekabr

SAT imtahanları onlayn formada keçirilir və müxtəlif xarici ölkələrdə təhsil almaqda əhəmiyyətli rol oynayır.

BMU-da 2025-ci ildə də SAT imtahanlarının keçirilməsi planlaşdırılır və bu barədə əlavə məlumat veriləcək.

İmtahanlarla bağlı hər hansı sual yarandığı təqdirdə [email protected] və ya [email protected] email adreslərinə müraciət edə bilərsiniz.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər