BMU yeni teledərslər təqdim edib

23 Noyabr 2020
BMU yeni teledərslər təqdim edib

Bakı Mühəndislik Universitetinin (BMU) cari tədris ilindən start verdiyi “Teledərs” layihəsi çərçivəsində yeni dərslər təqdim olunub. Universitetin saytında yaradılan “Teledərs” bölməsinə Fizika müəllimliyi ixtisası üzrə 1 laboratoriya dərsi, Biznesin idarə edilməsi, həmçinin Avtomatika və elektroenergetika ixtisasları üzrə  2 nəzəri dərs yerləşdirilib.

Mövcud pandemiya şəraitində tədrisə marağın azalmamasını təmin etmək məqsədilə icra olunan “Teledərs” layihəsi çərçivəsində artıq 27 dərs yayımlanıb. Əsasən ingilis dilində təqdim olunan teledərslər tələbələrin dil bacarıqlarının inkişafına öz töhfəsini verməklə yanaşı, distant təhsil zamanı tədrisi çətinlik yaradan xüsusi ixtisasların, eyni zamanda laboratoriya şəraitində öyrədilməsi vacib olan fənnlərin mənimsənilməsində mühüm rol oynayır.  

Qeyd edək ki, BMU-da tədrisin 70 faizi ingilis dilindədir. BMU tələbələri ilə bərabər eyni ixtisaslar üzrə təhsil alan digər universitet tələbələri də https://beu.edu.az/az/page/teleders-190/ linkinə daxil olaraq təqdim olunan bütün dərsləri istənilən zaman və rahatlıqla izləyə bilərlər.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər