BMU-ya qəbul olan I kurs tələbələri ilə tanışlıq görüşləri keçirilib

14 Sentyabr 2023
BMU-ya qəbul olan I kurs tələbələri ilə tanışlıq görüşləri keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU)  bakalavr pilləsinə 2023-2024-cü tədris ili üzrə qəbul olan I kurs tələbələri ilə tanışlıq görüşləri keçirilib.

Görüşlərdə tələbələrə universitet haqqında ətraflı məlumatlar verilib. Bununla yanaşı, tələbələrə daxili nizam-intizam qaydaları, Tələbə Məlumat Sistemi, laboratoriyalar, tələbə klubları və s. barədə informasiyalar təqdim olunub.

Dekan və dekan müavinlərinin, kafedra müdirlərinin, professor-müəllim heyətinin iştirak etdiyi görüşlərdə tələbələri maraqlandıran məsələlərə aydınlıq gətirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər