Bakı Mühəndislik Universiteti (BMU) və BMU Yeni Azərbaycan Partiyası (YAP) ərazi ilk partiya təşkilatı koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə aztəminatlı ailələrə yardım göstərib.
Ümumilikdə, 20 ailəyə gündəlik qida məhsullarından ibarət ərzaq yardımı edilib. Yardım zamanı ailələrlə profilaktik söhbətlər aparılıb, onlara evdə qalmaq tövsiyə olunub, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət edilməsi diqqətə çatdırılıb.
Vurğulanıb ki, dünyada qlobal problemə çevrilmiş koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sistemli və düşünülmüş tədbirlər həyata keçirilir. Xüsusi diqqət və qayğıya ehtiyacı olan insanlara, aztəminatlı ailələrə maddi və mənəvi dəstək göstərilməsi istiqamətində dövlət tərəfindən müvafiq işlər uğurla icra olunur. Eyni zamanda, əhalinin həssas təbəqəsinə aid olan ailələrə müntəzəm olaraq hər cür yardım və dəstək göstərilməsi üçün sosial aksiyalar keçirilir.
Xadırladaq ki, koronavirusla mübarizə tədbirlərinə fəal qoşulan BMU da bu məqsədlə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir müddət öncə 50 min manat məbləğində vəsait köçürüb.
İctimaiyyətlə əlaqələr şöbəsi