Bakı Mühəndislik Universiteti (BMU) “Biznesin idarə edilməsi” kafedrası və Sumqayıt Dövlət Universitetinin (SDU) "Biznesin təşkili və menecment” kafedrasının birgə təşkilatçılığı ilə “Biznes təhsilinin səmərəli təşkili: problemlər və həlli yolları” mövzusunda dəyirmi masa keçiriləcək.
Aprelin 24-də saat 14:00-da keçirilməsi planlaşdırılan virtual dəyirmi masa Zoom platforması vasitəsilə baş tutacaq.
BMU-nun “Biznesin idarə edilməsi” kafedrası və SDU-nun "Biznesin təşkili və menecment” kafedrasının əməkdaşlarının iştirakı ilə keçiriləcək tədbirdə aşağıdakı mövzularda məruzələr dinləniləcəkdir:
|
Məruzənin mövzusu |
Məruzəçi |
1 |
“Biznes təhsilində layihə metodundan istifadə təcrübəsi” |
Murad İsgəndərov (BMU) |
2 |
“Biznes təhsilinin aktual problemləri” |
Səxavət Məmmədova (SDU) |
3 |
“Universitet-iş dünyası əməkdaşlığının inkişaf perspektivləri” |
Təyyar Mustafayev (BMU) |
4 |
“Biznes təhsilində keyfiyyətin idarə edilməsi” |
İmran Əmirov (SDU) |
5 |
“Biznes sahəsində tədris aparan akademik heyətin idarə edilməsi sahəsində problemlər və həll yolları” |
Xəqani Bəşirov (BMU) |
İctimaiyyətlə əlaqələr şöbəsi