BMU tələbəsi təcrübə keçdiyi müəssisədə işlə təmin olunub

03 May 2021
BMU tələbəsi təcrübə keçdiyi müəssisədə işlə təmin olunub

Bakı Mühəndislik Universitetinin (BMU) Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Samirə Tahirova “Technoil” MMC-də işlə təmin olunub. Belə ki, adıçəkilən müəssisədə təcrübə proqramına qatılan tələbəmiz proqram ərzində göstərmiş olduğu üstün nəaliyyətlərinə görə “Technoil” MMC-yə işə qəbul olunub.

“Technoil” MMC-nin rəhbərliyi S.Tahirova kimi yüksək keyfiyyətli və cəmiyyətə yararlı tələbənin yetişdirilməsinə görə BMU-nun rəhbərliyinə təşəkkür ünvanlayıb.

Qeyd edək ki, “Technoil” MMC “Technol” ticarət markası altında Azərbaycan bazarında fəaliyyət göstərir. Bütün növ nəqliyyat vasitələri, minik və yük maşınları, motosikletlər, sərnişin və yükdaşıma gəmiləri üçün mühərrik, ötürücü qutu yağları istehsalını həyata keçirən zavod, eyni zamanda, sənaye məqsədli yağlar, reduktor yağları, hidravlik yağlar, müxtəlif növ sürtkü yağları və antifrizlər də istehsal edir.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər