Bakı Mühəndislik Universitetinin (BMU) Kimya müəllimliyi ixtisasının II kurs tələbələrinin “Azecolab" laboratoriyasına təcrübə gəzintisi təşkil edilib.
Gəzinti “Analitik kimya -2” dərsinin praktiki cəhətdən tələbələrə daha effektiv çatdırılması məqsədi daşıyıb.
Tələbələr Radiokimya, Eko-toksikoloji, Mikrobiologiya və Taksonomiya laboratoriyaları və avadanlıqları, həmçinin analizlər və iş prosesi ilə yaxından tanış olublar.
Qeyd edək ki, 2000-ci ildə əsası qoyulan “Azecolab” ISO 17025 akkreditasiyalı laboratoriya və ISO 9001 sertifikatına malik, yerli və beynəlxalq şirkətlər üçün müxtəlif laboratoriya xidmətlərini həyata keçirir.
İctimaiyyətlə əlaqələr şöbəsi