Bakı Mühəndislik Universitetinin tələbələri Aytac Alıyeva və İsa Zeynalın rəhbərliyində olan "Data SoCool Data Analitikası Platforması" "Microsoft Partner" olub.
Son illərdə dünyada demək olar ki, bütün sahələrdə tətbiq olunmağa başlayan və daha çox populyarlıq qazanan data ilə bağlı sahələr ölkəmizdə də inkişaf etməkdədir. "Data SoCool" ölkədə data ilə bağlı ilk şirkətlərdən biridir.
Sözü gedən sahələrdə təlimlər və data məhsulları xidmətlərini təklif edən "Data SoCool" startapı artıq 8 aydır fəaliyyət göstərir. Hazırda Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rezidenti olan qurum qısa müddətdə bir neçə şirkətlə əməkdaşlığa başlayıb. Şirkətin rəhbərliyi sentyabr ayından etibarən əhatə fəaliyyətini daha da genişləndirəcəyini və yeni xidmətlərini iş dünyasına təklif edəcəyini açıqlayıb.