Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və dizayn kafedrasının müəllimləri Aqil Kazımov, Azər Abbasov və eləcə də “Memarlıq və inşaat” tələbə klubunun sədri Daşdəmir Bayramovun rəhbərliyi ilə Qax rayonunun Ləkit kəndi ərazisində yerləşən Azərbaycanın tarixi, mədəni və irsi memarlıq abidələrinə ekskursiya təşkil olunub.
Kafedranın ingilis dili bölməsi üzrə təhsil alan sonuncu kurs tələbələri üçün nəzərdə tutulan ekskursiyada tədqiqat nəticəsində əldə edilmiş, tarixi kiçik şəhərcik kimi planlaşdırılmış ərazinin şəhərsalma mövqeyi, fotoşəkillər, mövcud vəziyyət, material anlayışı və tətbiqi digər məlumatlarla birgə toplanaraq gələcəkdə elmi və diplom işlərinin istifadəsi üçün sənədləşdirilərək kafedraya təqdim edilib.
Ekskursiya zamanı tələbələr “Məbəd-5-ci əsr dünya əhəmiyyətli memarlıq abidəsi”ni ziyarət edib və mövcud vəziyyətlə yaxından tanış olublar. Həmçinin, tələbələr tərəfindən ərazinin öyrənilməsi və tarixi mənbələrdən istifadə edərək araşdırma aparılması da həyata keçirilib.
BMU-nun müəllimləri tələbələrə öz təcrübələrindən istifadə edərək praktik olaraq tarixi abidələrimizin araşdırılması, qorunub saxlanması və mədəni irsimizlə bağlı məlumat veriblər.
İctimaiyyətlə əlaqələr şöbəsi